ABŞ-ın ən varlı 50 ailəsi açıqlandı

ABŞ-ın ən varlı 50 ailəsi açıqlandı

Hazırda oxunan: ABŞ-ın ən varlı 50 ailəsi açıqlandı

5575

ABŞ-ın ən varlı 50 ailəsinin siyahısı tərtib edilib. Bu barədə “Forbes” məlumat yayıb.

Reytinqə daxil olan ailələrin sərvətləri ümumilikdə 1.2 trilyon dollar təşkil edib. Bu ailələr gəlirlərini 2015-ci illə müqayisədə 30 faiz artırıblar.

Reytinqə düşən ailələrdən ən az sərvəti olan ailənin sərvəti 7.3 milyard dollar təşkil edib.

Reytinqin ilk pilləsində sərvəti 247 milyard dollar olan Uoltonlar ailəsi qərarlaşıb. Onlar “Walmart” reteylerinin varisləridir. Şirkətin səhmlərinin yarısına sahib olan ailə üzvləri hər il bu səhmlərdən 700 milyon dollar dividend əldə edirlər.

İkinci pillədə 100 milyard sərvətlə Kox ailəsi qərarlaşıb. Onlar “Koch Industries” şirkətinin 84 faiz səhmlərinin sahibidir.

Üçüncü yerdə isə Mars ailəsidir. Onlar kapitalı 94 milyard dollar kimi göstərilən nəhəng qida məhsullarının istehsalı şirkətinə sahibdirlər.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO