KTMT sülhməramlıları Qazaxıstanı tərk etdi - FOTO/VİDEO

KTMT sülhməramlıları Qazaxıstanı tərk etdi - FOTO/VİDEO

Hazırda oxunan: KTMT sülhməramlıları Qazaxıstanı tərk etdi - FOTO/VİDEO

55283

Kollektiv Təhlükəsizlik Mmüqaviləsi Təşkilatının (KTMT) Ermənistan, Tacikistan və Qırğızıstandan ibarət sülhməramlılarının bölmələri Qazaxıstanın Almatı şəhərini tərk edərək daimi dislokasiya yerlərinə doğru yola düşüb.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, tacik, erməni və qırğız hərbçiləri ölkələrinə yollanıblar.

Daha əvvəl isə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti Belarus sülhməramlılarının olduğu 10 təyyarənin Qazaxıstandan Minsk vilayətinə səmaya qalxdığını xəbər verib.

Qeyd edək ki, KTMT Kollektiv Təhlükəsizlik Şurasının 2022-ci il yanvarın 6-da qəbul edilmiş qərarına uyğun olaraq, vəziyyəti sabitləşdirmək və normallaşdırmaq üçün Təşkilatın Kollektiv Sülhməramlı Qüvvələri məhdud müddətə Qazaxıstana göndərilib. 

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO