NATO-Rusiya Şurasının iclası 4 saat davam edib

NATO-Rusiya Şurasının iclası 4 saat davam edib

Hazırda oxunan: NATO-Rusiya Şurasının iclası 4 saat davam edib

55050

Brüsseldə keçirilən NATO-Rusiya Şurasının iclası başa çatıb.

Bizim.Media xəbər verir ki, iclas dörd saata yaxın davam edib.

Qeyd edək ki, görüş zamanı təhlükəsizlik məsələləri müzakirə olunub. Ötən ilin dekabrında Rusiya Xarici İşlər Nazirliyi ABŞ-la təhlükəsizlik təminatı barədə müqavilənin layihəsini təqdim etmişdi.

NATO təmsilçisi, ABŞ dövlət katibinin birinci müavini Uendi Şerman görüşdən sonra öz "Twitter" səhifəsində yazıb ki, hər bir ölkə təhlükəsizlik məsələləri ilə bağlı öz yolunu seçmək hüququna malikdir.

Rusiya ilə ABŞ nümayəndələri arasında ilk görüş yanvarın 10-da Cenevrədə keçirilmişdi.

Növbəti görüş yanvarın 13-də Vyanada ATƏT Daimi Şurasının iclasında keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO