Şoyqu Tokayevi təkzib etdi - Qoşunlar vəziyyət stabilləşəndən sonra gedəcək

Şoyqu Tokayevi təkzib etdi - Qoşunlar vəziyyət stabilləşəndən sonra gedəcək

Hazırda oxunan: Şoyqu Tokayevi təkzib etdi - Qoşunlar vəziyyət stabilləşəndən sonra gedəcək

54831

Qazaxıstanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hərbi kontingentini çıxarmaq qərarı respublikanın istəyidir, Rusiya buna müdaxilə etməyəcək. 

Bizim.Media xəbər verir ki, bu barədə çərşənbə axşamı Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Bu, bütünlüklə KTMT-yə bu müraciəti etmiş ölkənin istəyidir. Bizim buna qarışmağa haqqımız yoxdur", - Kreml sözçüsü bildirib.

Qeyd edək ki, çərşənbə axşamı Qazaxıstan prezidenti Kasım Jomart-Tokayev KTMT sülhməramlı kontingentinin ölkədən çıxarılmasının iki gündən sonra başlayacağını və 10 gündən çox çəkməyəcəyini qeyd edib.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu isə bu gün deyib ki, KTMT hərbçiləri bu ölkədə vəziyyət tam stabilləşdikdən sonra Qazaxıstandan çıxarılacaq. 
 

“Kollektiv Sülhməramlı Qüvvələr tərəfindən tapşırıqların icrası, təbii ki, Qazaxıstan Respublikası rəhbərliyinin qərarı ilə, ölkədə vəziyyət tam sabitləşənə qədər həyata keçiriləcək”, - Rusiya Müdafiə Nazirliyinin rəhbəri bildirib. 


Şoyqunun sözlərinə görə, KTMT qüvvələri Qazaxıstanda mühüm hərbi, dövlət və sosial əhəmiyyətli obyektləri qoruyur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO