Rusiyadan Ukrayna və Gürcüstanla bağlı SƏRT TƏLƏB - Əks halda müharibə...?!

Rusiyadan Ukrayna və Gürcüstanla bağlı SƏRT TƏLƏB - Əks halda müharibə...?!

Hazırda oxunan: Rusiyadan Ukrayna və Gürcüstanla bağlı SƏRT TƏLƏB - Əks halda müharibə...?!

54733

"Rusiyaya zəmanət verilməlidir ki, Ukrayna və Gürcüstanın heç vaxt NATO üzvü olmayacaqlar".

Bizim.Media xəbər verir ki, bunu Cenevrə danışıqlarında Rusiyanı təmsil edən xarici işlər nazirin müavini Sergey Ryabkov bildirib.

O qeyd edib ki, Ukraynanın heç vaxt NATO üzvü olmayacağına əmin olmaq Rusiya üçün vacibdir.
 

MÖVZU İLƏ BAĞLI:

Cenevrədə ABŞ-Rusiya danışıqları: Əsas məsələlərdə razılıq əldə edilmədi


"Biz istərdik ki, 2008-ci ildə Buxarest sammitində qəbul edilmiş formul - NATO-nun Madrid formulu geri götürülsün və Ukrayna və Gürcüstanın heç vaxt Şimali Atlantika Alyansının üzvü olmayacağı qeyd edilsin.

Biz boş söhbətlər aparmaqdan, yarı vədlərdən, tez-tez bağlı qapılar arxasında danışıqlarda baş verən yanlış şərhlərdən bezmişik. Qarşı tərəfə inanmırıq. Bizə dəmir-beton, hüquqi əhəmiyyətli təminatlar, vədlər yox, zəmanətlər lazımdır , "heç vaxt NATO üzvü olmamalıdır" sözləri lazımdır. Bu, Rusiyanın milli təhlükəsizliyi məsələsidir ", - S.Ryabkov bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO