Ryabkov: “NATO çamadanlarını yığıb 1997-ci ilin sərhədlərinə qayıtmalıdır”

Ryabkov: “NATO çamadanlarını yığıb 1997-ci ilin sərhədlərinə qayıtmalıdır”

Hazırda oxunan: Ryabkov: “NATO çamadanlarını yığıb 1997-ci ilin sərhədlərinə qayıtmalıdır”

54623

Qərb birtərəfli əsasda NATO-nun genişlənməsindən imtina etməli və mövcud hərbi infrastrukturu ləğv etməlidir. 

Bizim.Media xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya-Amerika danışıqları üçün bazar günü Cenevrəyə gələn Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

“Hətta sadə adam başa düşür ki, NATO uzun illər “ölkəmizi sıxışdırmağa”, onu tabeçiliyinə salmağa, istənilən halda ikinci dərəcəli dövlətə çevirməyə çalışdığı bir şəraitdə Rusiyadan güzəşt tələb edə bilməz. Üstəlik məqsədləri ölkəmizin təhlükəsizliyinə zərbə vurmaqdır. Bu, artıq keçmişdə qaldı. Heç əvvəllər də planları çox yaxşı işləmirdi, amma indi buna son qoyuldu”.

Yüksək rütbəli diplomat belə deyib və əlavə edib ki, ona görə də NATO çamadanlarını yığıb 1997-ci ilin sərhədlərinə qayıtmalıdır.

Ryabkovun sözlərinə görə, Cenevrə, Brüssel və Vyanada keçiriləcək görüşlərdə Rusiya Federasiyası ilə ABŞ və NATO arasında hər hansı bir irəliləyişin gözlənilməsi sadəlövhlükdür. 

“Eyni zamanda, bu təmasların müsbət nəticəsi onların Rusiyanın təklifləri üzərində işləməyə hazırlığının təsdiqi olacaq”, deyə nazir müavini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO