Fransanın məlumat məxfiliyi xidməti Google və “Facebook”u istifadəçilərin onlayn fəaliyyətlərini izləməsinə maneçilik törətdiyinə görə ümumilikdə 210 milyon avro cərimələyib.
Bizim.Media xəbər verir ki, bu barədə The Guardian yazır.
Milli İnformasiya və Azadlıqlar Komissiyası (CNIL) internet istifadəçilərinin kukilərdən imtina etməsini çətinləşdirdiyinə görə Google-u rekord məbləğdə - 150 milyon avro cərimələdiyini bildirib.
Bunlar kommersiya məqsədləri üçün şəxsin veb fəaliyyətini profilləşdirən kiçik mətn fayllarıdır. İnternet istifadəçilərinin kukilərdən istifadəyə əvvəlcədən razılığı Aİ məlumatların məxfiliyi tənzimləməsinin əsas elementi və CNIL üçün prioritetdir.
Eyni səbəbdən Facebook-a da 60 milyon avro cərimə kəsilib.
CNIL-də məlumatların qorunması və sanksiyaların rəhbəri Karin Kifer "Kukiləri qəbul etdiyiniz zaman, bu, sadəcə bir kliklədir. Kukiləri rədd etmək onları qəbul etmək qədər asan olmalıdır" deyib.
Nəzarətçi bildirib ki, facebook.com, google.fr və youtube.com saytları sadəcə kukilərdən imtina etməyə imkan vermir. Qərarda deyilir ki, şirkətin tənzimləyicinin tövsiyələrinə əməl etmək üçün üç ay vaxtı var.
Bizim.Media
- A-
- A
- A+
Dünya
08:56 / 10.01.2022
Fransa "Google" və “Facebook”u cərimə etdi - SƏBƏB
Hazırda oxunan: Fransa "Google" və “Facebook”u cərimə etdi - SƏBƏB
Hazırda oxunan: Fransa "Google" və “Facebook”u cərimə etdi - SƏBƏB
54584
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.