İordaniya kralı II Abdulla zəmanəmizin ən gözəl kraliçalarından biri olan Raniyanın əri, eyni zamanda dörd uşaq atasıdır.
Bizim.Media xəbər verir ki, “People” jurnalına müsahibə verən kişi gələcək həyat yoldaşına ilk baxışdan aşiq olduğunu etiraf edib.
“Bacım məni şam yeməyinə dəvət etdi, çoxdandır evdə olmurdum. Duş qəbul etdim, paltarımı dəyişdim və maşınla yola düşdüm. Raniya həmin şam yeməyində idi. Mən ona bir dəfə baxdım və başa düşdüm ki, o, yeganədir, başqasına ehtiyacım yoxdur” deyə o, qeyd edib.
Səudiyyə Ərəbistanı və Qətərin paytaxtlarında elit butiklər şəbəkəsinin sahibi olan Səudiyyə şahzadəsi gələcək həyat yoldaşı ilə 1996-cı ildə Londonda tanış olub və iki il sonra sevgililər evlənib.
Müsəlman dünyasının ən dəbli şahzadəsi kimi tanınan Dina Əbdüləziz əl-Səud Sultanın qəlbinin xanımı olub. Bizneslə məşğul olmasına baxmayaraq (2016-cı ildə Dina moda jurnalının baş redaktoru oldu), ərinə və üç varisinə vaxt ayırmağı bacarır.
Şeyx Həməd bin Xəlifə Al Sani 1995-2013-cü illərdə Qətər əmiri vəzifəsində çalışıb. Kişi 25 yaşında arzuladığı qadın Moza ilə tanış olur və o, ikinci həyat yoldaşı olur.
Bu status təşəbbüskar gözəlin dövlət işlərində iştirakına və ənənəvi müsəlman paltarı geyinməməsinə icazə verən ərinə təsir göstərməsinə mane olmayıb.
Moza indi təkcə beynəlxalq stil ikonası deyil, həm də yeddi uşaq anasıdır.
Bizim.Media
- A-
- A
- A+
Dünya
22:30 / 09.01.2022
Ən zəngin ərəb padşahlarının və şeyxlərinin arvadları necə görünür? - FOTO
Hazırda oxunan: Ən zəngin ərəb padşahlarının və şeyxlərinin arvadları necə görünür? - FOTO
Hazırda oxunan: Ən zəngin ərəb padşahlarının və şeyxlərinin arvadları necə görünür? - FOTO
54570
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.