Dünyada koronavirusa yoluxanların sayı 305 milyonu ötdü

Dünyada koronavirusa yoluxanların sayı 305 milyonu ötdü

Hazırda oxunan: Dünyada koronavirusa yoluxanların sayı 305 milyonu ötdü

54559

Dünyada koronavirusa yoluxma hallarının sayı 305 milyon 197 min 002 nəfərə çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın Con Hopkins Universitetinin məlumatında qeyd olunur.

Pandemiya başlayandan indiyədək 5 milyon 484 min 487 nəfər dünyasını dəyişib.

Yoluxma sayına görə ABŞ, Hindistan və Braziliya ilk üçlüyü bölüşür.

ABŞ COVID-19 infeksiyasına yoluxanların və bu səbəbdən ölənlərin sayına görə dünyada liderlik edir.

Birləşmiş Ştatlarda koronavirusa yoluxanların sayı 59 milyon 767 min 221 nəfərə çatıb, 837 264 nəfər infeksiya səbəbindən vəfat edib.

İkinci yerdə qərarlaşan Hindistanda 35 528 004 nəfərdə COVID-19 xəstəliyi təsdiqlənib, 483 790 nəfər ölüb.

Siyahıda üçüncü pillədə qərarlaşan Braziliyada pandemiya dövrü ərzində 22 499 525 nəfər virusa yoluxub, onlardan 619 981 nəfəri ölüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO