Venediktov: “Tokayev Nazarbayevlə müqavilələri pozdu. Bu mənada baş verənlər dövlət çevrilişidir”

Venediktov: “Tokayev Nazarbayevlə müqavilələri pozdu. Bu mənada baş verənlər dövlət çevrilişidir”

Hazırda oxunan: Venediktov: “Tokayev Nazarbayevlə müqavilələri pozdu. Bu mənada baş verənlər dövlət çevrilişidir”

54538

Qazaxıstanın hakimiyyət eşelonlarında faktiki çevriliş baş verir.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Belarusun “Xartiya-97” saytı yayıb.

Bazar günü Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin mətbuat katibi Aydos Ukibay deyib ki, Nursultan Nazarbayev özü Qazaxıstan Təhlükəsizlik Şurasının sədri vəzifəsini Kasım-Jomart Tokayevə ötürmək qərarına gəlib. 

"Elbası və dövlət başçısı həmişə barrikadaların eyni tərəfində olublar", - Nazarbayevin mətbuat katibi bildirib.

“Bununla belə, bir çox müşahidəçilər bu günlərdə fərqli fikirdədirlər”, deyə nəşr qeyd edir. 

Xüsusən də “Exo Moskvı”nın baş redaktoru Aleksey Venediktov Nazarbayevin mətbuat katibinin bəyanatını belə şərh edib: 

“Məncə, Nazarbayev susur, çünki o, baş verən hər şeyi anlayır. Başa düşür ki, Tokayev bu etirazlardan istifadə edərək siyasi hissəni  Nazarbayevin ətrafının çiyninə yükləmək,  adamlarından xilas olmaq üçün istəyib...Tokayev Nazarbayevlə razılaşmanı pozdu. Və bu mənada baş verənlər dövlət çevrilişidir. Çünki qanuna görə, bir daha deyirəm, Nazarbayev ömürlük Təhlükəsizlik Şurasının sədridir. Bunu aradan qaldırmaq üçün qanuna, Konstitusiyaya dəyişiklik etmək lazımdır. Bu edilməyib”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO