Türkiyə ərazisində hökm sürən əlverişsiz və yağıntılı hava şəraiti bir sıra bölgələrdə fəsadlar törədib.
Bizim.Media xəbər verir ki, ölkənin Muğla vilayətində yağan leysan yağışları ərazidə su daşqınları yaradıb.
Çox sayda ev və iş yeri, eləcə də əkin ərazilərini su basıb.
Muğlanın turistik bölgələri olan Marmaris və Bodrum rayonlarında da analoji hal müşahidə edilib.
Bizim.Media