Almatıda atışma: dörd yaşlı qız həlak oldu

Almatıda atışma: dörd yaşlı qız həlak oldu

Hazırda oxunan: Almatıda atışma: dörd yaşlı qız həlak oldu

54501

Almatıda yanvarın 7-də avtomobilin atəşə tutulması nəticəsində dörd yaşlı qız həlak olub.

Bizim.Media xəbər verir ki, bu barədə Tengrinews.kz saytı Qazaxıstanın Uşaq Hüquqları üzrə Müvəkkili Arujan Sainə istinadən məlumat yayıb.

“Yanvarın 7-də içərisində dörd uşaq olan avtomobil Almatıda Seyfullin küçəsi ilə gedirmiş. Maşına atəş açılıb. Nəticədə 4 yaşlı qız dünyasını dəyişib”, - deyə o bildirib.

Bir gün əvvəl xəbər verilmişdi ki, yanvarın 5-də Almatıda 11 yaşlı uşaq güllə yarasından ölüb.

Yanvarın 7-də isə 15 yaşlı yeniyetmə ağır güllə yaraları ilə Almatıdakı uşaq xəstəxanalarından birinə aparılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO