Pakistanın Pəncab əyalətində güclü qar yağması nəticəsində iyirmidən çox insan həlak olub.
Bizim.Media xəbər verir ki, əyalətin Murri şəhəri yaxınlığında təxminən minədək avtomobil qar altında qalıb.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, avtomobillərdə qalan 21 nəfərin öldüyü təsdiqlənib.
Həlak olanların sayının artacağı istisna edilmir.
Qeyd edək ki, sözügedən bölgə təbii fəlakət zonası elan olunub.
Bizim.Media