Qazaxıstandakı etirazlar xaricdən idarə olunur? - “Aydın görünür ki…” 

Qazaxıstandakı etirazlar xaricdən idarə olunur? - “Aydın görünür ki…” 

Hazırda oxunan: Qazaxıstandakı etirazlar xaricdən idarə olunur? - “Aydın görünür ki…” 

54378

“Qazaxıstanda genişmiqyaslı etirazlar xarici amillərdən qaynaqlanıb. Aydın görünür ki, ölkə daxilində nümayişlər xaricdən planlanlaşdırılaraq idarə olunur”.

Bizim.Media xəbər verir ki, bu fikri politoloq, MDBMİ-nin Siyasi Nəzəriyyə kafedrasının dosenti Kirill Koktış Qazaxıstanın “Notebook” nəşrinə açıqlamasında etirazların necə alovlanmasını şərh edərkən deyib. 

Onun sözlərinə görə, Qazaxıstanda etiraz aksiyaları kənardan yaxşı təşkil və koordinasiya olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Nazarbayevin müşaviri bütün sirləri açdı: "Hər şeyi bilirdilər..."/ VİDEO


Kortəbiiliyin imitasiyası çox pisdir - məsələn, tələsik aksiyaları koordinasiya edən “Telegram” kanallarından biri səhvə yol verərək ağ hərflərlə şəkillər və təlimatlar dərc edib - qırmızı-ağ simvollar və leylək… Bu 2020-ci ildə Belarusdakı etiraz aksiyaları üçün hazırlanmışdı.

"Hər şey aydın görünür. Etirazlar xəritəsi son sorğularda sosioloqlar tərəfindən müəyyən edilmiş problemlərin xəritəsi ilə çox zəif əlaqələndirilir. Onların ani şəkildə nəticə əldə etmək üçün çox az vaxtı var" – deyə Koktiş vurğulayıb. 

Ekspert hesab edir ki, bu baxımdan etirazlar üçün uğursuz olan soyuq mövsümün seçilməsi başa düşüləndir:

Başqa seçim yox idi, zamanlama Rusiya və Qərb arasında Avropada təhlükəsizliklə bağlı ikinci onillikdə başlayacaq müzakirələr ərəfəsində reallaşdı. 

"Danışıqlar ərəfəsində Rusiya və Çinə həssas "zərbə" vurmaqla masanı çevirmək və öz şərtlərimizi güclü formada diqtə etmək üçün yaxşı fürsətdir”, - deyə mütəxəssis əlavə edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO