Etirazlara bürünən Qazaxıstanda vəziyyət gərgin olaraq qalmaqdadır.
Bizim.Media xəbər verir ki, Qazaxıstan Prezidenti Tokayev növbəti dəfə xalqa müraciət edib.
MÖVZU İLƏ BAĞLI:
Almatıda onlarla etirazçı məhv edildi - Qazaxıstanda son VƏZİYYƏT
Həmin müraciət çox ciddi məqamları özündə ehtiva edir. Mühüm hissələri təqdim edirik:
⚫️ Xəbərdarlıq etmədən atəş açıb öldürmək əmri verdi;
⚫️ Respublika ərazisində internetə çıxışın bərpası ilə bağlı qərar qəbul edib, lakin eyni zamanda qeyd edib ki, “İnternetə sərbəst giriş uydurmaların, böhtanların, təhqirlərin, təhrikedici çağırışların yerləşdirilməsi demək deyil”. Belə materiallar aşkar edilərsə, müəlliflər cəzalandırılacaq;
⚫️ “Təkcə Almatıya 20 min quldur hücum etdi”;
⚫️ İğtişaşlar zamanı saxlanılanlar “ən ciddi məsuliyyətə” cəlb olunacaqlar;
⚫️ Vətəndaşların dinc formada ifadə olunan tələbləri dinlənilib;
⚫️ “Demokratiya hər şeyə icazə vermək və ya təhrik etmək deyil. Qanun və asayiş ölkə rifahının təminatıdır”;
⚫️ Tokayev xalqına müraciət zamanı Rusiya Prezidenti Vladimir Putinə göstərilən köməyə görə, öz minnətdarlığını çatdırıb.
Bizim.Media