KTMT-nin hərbçiləri Qazaxıstana gəldilər – Ölkə terrorçulardan təmizlənir - VİDEO

KTMT-nin hərbçiləri Qazaxıstana gəldilər – Ölkə terrorçulardan təmizlənir - VİDEO

Hazırda oxunan: KTMT-nin hərbçiləri Qazaxıstana gəldilər – Ölkə terrorçulardan təmizlənir - VİDEO

54061

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) kontingentinin qabaqcıl bölmələri artıq Qazaxıstanda öz vəzifələrini yerinə yetirməyə başlayıblar.

Bizim.Media “RİA Novosti” agentliyinə istinaədn xəbər verir ki, bu haqda informasiyanı KTMT-nin katibliyi yayıb.

"Hazırda sülhməramlı kontingentin Rusiya hissəsi təyyarələrlə Qazaxıstan Respublikası ərazisinə aparılır. Onun tərkibindəki qabaqcıl bölmələr artıq qarşıya qoyulmuş vəzifələri yerinə yetirməyə başlayıb. ”, - mesajda deyilir.

Mənbə qeyd edir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qazaxıstana göndərəcəyi sülhməramlılar ölkədə qayda-qanunun yaradılmasında deyil, hərbi strukturların və dövlət əhəmiyyətli başqa obyektlərin mühafizəsində iştirak edəcəklər.

Xatırladaq ki, Qazaxıstanda kütləvi etirazlar 2022-ci ilin ilk günlərində başlayıb. Daha sonra ölkənin qərbində neft hasil edən bölgə olan Mangistau vilayətinin Janaozen və Aktau şəhərlərinin sakinləri maye qazın qiymətinin iki dəfə artırılmasına qarşı çıxıblar, sonra etirazlar digər şəhərlərə də yayılıb.

Yanvarın 4-ü və 5-də respublikanın köhnə paytaxtı Almatıda təhlükəsizlik qüvvələri ilə toqquşmalar baş verib, polis gözyaşardıcı qazdan və səs-küylü qumbaralardan istifadə edib.

Bütün Qazaxıstanda internet bağlanıb, bir sıra telekanalların yayımı müvəqqəti dayandırılıb.

Yanvarın 5-də Tokayev Mangistau və Almatı vilayətlərində, həmçinin Almatı və Nur-Sultanda iki həftəlik fövqəladə vəziyyət elan edib. Bu rejim, xüsusilə, saat 23.00-dan 7.00-a qədər komendant saatı, kütləvi tədbirlərin, tətillərin və silah satışının qadağan edilməsini, habelə xüsusilə mühüm obyektlərin mühafizəsinin gücləndirilməsini nəzərdə tutur. Elə həmin gün fövqəladə vəziyyət yanvarın 19-dək Qazaxıstanın bütün ərazisində uzadılıb.

Yanvarın 5-də səhər saatlarında Tokayev hökuməti istefaya göndərib və respublikanın Təhlükəsizlik Şurasına rəhbərlik edib.

İlk dövlət başçısı Nursultan Nazarbayevi bu vəzifədən uzaqlaşdırıb. Bundan əlavə, prezident hakimiyyətin qanun pozucularına münasibətdə mümkün qədər sərt davranacağını vurğulayıb və yaxın vaxtlarda “yeni təkliflər paketi ilə çıxış edəcəyini” vəd edib.

Yanvarın 6-na keçən gecə Tokayev Təhlükəsizlik Şurasının ilk iclasını keçirib və Qazaxıstandakı vəziyyəti "dövlətin bütövlüyünə zərbə vurmaq" adlandırıb və terror təhlükəsini aradan qaldırmaq üçün KTMT-dən kömək istəyib.
Həmin gecə KTMT-nin Kollektiv Təhlükəsizlik Şurası Tokayevin müraciətinə əsasən Qazaxıstana kollektiv sülhməramlı qüvvələrin göndərilməsi barədə qərar qəbul edib. 

Məlumata görə, həmin qüvvələr Qazaxıstanda vəziyyəti sabitləşdirmək və normallaşdırmaq məqsədi ilə məhdud müddətə göndəriləcək.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO