“Qazaxıstanda “rəngli inqilab” cəhdi baş verir. Heç bunu istəməzdim!” - Korotçenko

“Qazaxıstanda “rəngli inqilab” cəhdi baş verir. Heç bunu istəməzdim!” - Korotçenko

Hazırda oxunan: “Qazaxıstanda “rəngli inqilab” cəhdi baş verir. Heç bunu istəməzdim!” - Korotçenko

53934

“Qazaxıstanda açıq-aydın, “rəngli inqilab” cəhdi baş verir. Bu dəfə digər postsovet məkanında”.

Bizim.Media xəbər verir ki, bu fikirləri özünün Telegram kanalında rusiyalı hərbi ekspert İqor Korotçenko yazıb. 

Onun sözlərinə görə, hakimiyyət qətiyyətli olsa, etirazçılar uğursuzluğa düçar olacaqlar.

İqor Korotçenko hesab edir ki, Qazaxıstanda baş verən hadisələr (mütləq daxili səbəblərin olmasına baxmayaraq) Qərbin (anqlosaksların) Cenevrədə keçiriləcək Rusiya-Amerika sammiti və Rusiya-NATO Şurasının görüşü ərəfəsində Moskvanın mövqelərini zəiflətmək cəhdidir:

“Mİ6-nın (Britaniya tacı) və bizim amerikalı “tərəfdaşlarımızın” neft və qazda maraqları var. Bu aksiomadır. Müasir dünya məhz belədir”.

Hərbi ekspertin fikrincə, Qazaxıstanda sabitliyin pozulması ilk növbədə Rusiyaya zərbədir:

“Bjezinski öldü, amma onun yaradıcılığı yaşayır”.

“Gürcüstan, Moldova, Ukrayna, Ermənistan... İndi Qazaxıstan? Heç bunu istəməzdim!”, - Korotçenko fikrini belə tamamlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO