Avropada DEMOKRATİYA İPİ itin ağzında - “İnsan azadlıqları kobud şəkildə pozuldu”

Avropada DEMOKRATİYA İPİ itin ağzında - “İnsan azadlıqları kobud şəkildə pozuldu”

Hazırda oxunan: Avropada DEMOKRATİYA İPİ itin ağzında - “İnsan azadlıqları kobud şəkildə pozuldu”

53923

“İlin ilk günləri onunla yadda qaldı ki, özünü demokratiyanın bayraqdarı sayan bir çox Avropa ölkələrində insan hüquq və azadlıqları kobud şəkildə pozuldu. Bu hadisələr Niderland və Almaniyada müşahidə olunmaqdadır” deyən millət vəkili Elman Nəsirov sadalanan dövlətlərin iddiasından da bəhs edib. Belə ki, Niderland və Almaniya özlərini ən demokratik ölkələr hesab edir.

Bizim.Media-ya özəl açıqlamasında Dövlət İdarəçilik Akademiyası Siyasi Araşdırmalar İnstitutunun direktoru bildirib ki, həmin dövlətlər, xüsusilə də Hollandiya bu mövzuda Azərbaycana qarşı qərəzlidir. 
 

MÖVZU İLƏ BAĞLI:

Polisin iti etirazçının ƏLİNİ qoparır - QORXUNC VİDEO


Elman Nəsirovun fikrincə, Avropalı parlamentarilər Azərbaycana qarşı sifariş əsasında həqiqətə uyğun olmayan iddialar ortaya qoyublar:

“İndi isə Avropanın bu ölkələri bütün dünyanın gözü qarşısında atlardan, itlərdən istifadə etməklə insanlara qarşı təzyiq və şiddət nümayiş etdirir. Təsəvvür edə bilərsinizmi ki, Azərbaycanda polis insanlara qarşı itdən istifadə eləsin, atların ayaqları altına atıb tapdalasın? Bu qeyri-mümkündür. Mən belə hesab edirəm və xalqımız da belə düşünür. Azərbaycan polisi öz missiyasını - asayişin qorunmasını çox şərəflə yerinə yetirir. Burada insanlara qarşı şiddətdən söhbət gedə bilməz.

Biz bunu deyəndə opponentlərimiz əksini isbatlamaq istəyirdilər. Onlara üzümü tutub söyləyirəm ki, Avropanın paytaxtlarına baxsınlar”. 


Deputat fikrini belə tamamlayıb ki, 2022-ci il başlayan kimi Avropada bu cür insanlığa sığmayan qanunsuzluqların baş verəcəyi güman olunmurdu.

Xatırladaq ki, yanvarın 4-də Almaniya polisi də yaşlı (ahıl) qadına qarşı kifayət qədər kobud davranıb. Səbəb isə alman xanımın tibbi maska taxmağı unutmasıdır.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO