Türk alimdən AÇIQLAMA: “Turkovac omikrondan qorunmağa qadirdir”

Türk alimdən AÇIQLAMA: “Turkovac omikrondan qorunmağa qadirdir”

Hazırda oxunan: Türk alimdən AÇIQLAMA: “Turkovac omikrondan qorunmağa qadirdir”

53786

Türkiyə Peyvəndi İnstitutunun direktoru, ölkənin Səhiyyə Nazirliyi yanında Koronavirusla Mübarizə üzrə Elmi Şuranın üzvü, professor Atəş Kara bildirib ki, Türkiyə istehsalı olan Turkovac dərmanı koronavirusun yeni omikron ştammına qarşı qorunma təmin edir.

Bizim.Media məlumat verir ki, bu barədə Atəş Kara “Anadolu Agentliyi”nə müsahibəsində qeyd edib.

Onun sözlərinə görə, bütün dünyada sürətlə yayılan omikron ştammı Türkiyədə də qeydə alınıb:

“Omikron sürətlə yayıldığı və xəstələnmə hallarının kəskin artmasına səbəb olduğu üçün böyük risklə əlaqələndirilir. Əvvəlki delta ştamından demək olar ki, iki dəfə sürətlə yayılır".

Kara, "Turkovac" peyvəndinin effektivliyini müəyyən etmək üçün işlərin davam etdiyini söyləyərək, ölkə əhalisinin türk peyvəndinə olan yüksək etimadından məmnunluğunu ifadə edib.

“Əldə etdiyimiz antikor səviyyələri omikron ştammına qarşı qorunma təmin edir. Bu istiqamətdə araşdırmalarımız davam edir. Türkovacı əlimizdə olan məlumatlara görə qiymətləndirsək, peyvənd omikron ştammına qarşı qorunma təmin edə bilir, lakin bu qorumanın nə qədər davam edəcəyini indidən söyləmək mümkün deyil”, - deyə türk alimi bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO