Ermənilərin Praqada təxribatı - Lennon divarına nələr yazıldı?

Ermənilərin Praqada təxribatı - Lennon divarına nələr yazıldı?

Hazırda oxunan: Ermənilərin Praqada təxribatı - Lennon divarına nələr yazıldı?

5377

Praqa şəhərində yaşayan azərbaycanlı icması tərəfindən ermənilərin növbəti təxribatının qarşısı alınıb.

Bizim.Media-ya Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Çex Respublikasının paytaxtındakı Con Lennon Divarına ermənilər Azərbaycan, Türkiyə və İsrail ordularının dayandırılmasına və Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınmasına çağırış edən əsassız şüarlar yapışdırıblar.

Məsələyə çevik reaksiya verən diaspor fəallarımız şüarların yazıldığı kağızları qopararaq həqiqəti əks etdirməyən yazıların Lennon Divarına ləkə salmasına yol verməyiblər.

Qeyd edək ki, “Beatles” qrupunun əfsanəvi üzvü Con Lennonun şərəfinə yaradılmış divar Praqada turistlərin ziyarət etdikləri yerlər sırasına daxildir. Qraffiti və şeirlərin əks olunduğu bu divar sülh və sevginin təcəssümünə çevrilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO