Kremlin “qara qutusu” ABŞ-a sığındı – TƏFƏRRÜAT/FOTO

Kremlin “qara qutusu” ABŞ-a sığındı – TƏFƏRRÜAT/FOTO

Hazırda oxunan: Kremlin “qara qutusu” ABŞ-a sığındı – TƏFƏRRÜAT/FOTO

53757

Kommersiya cinayətlərinə görə İsveçrədən ABŞ-a ekstradisiya edilən Rusiya vətəndaşının 2016-cı il ABŞ seçkilərinə Rusiyanın müdaxilə cəhdi ilə bağlı məxfi sənədlərə malik olduğu və ABŞ-a ekstradisiyasını tələb etdiyi bildirilir.

Bizim.Media məlumat verir ki, ABŞ Ədliyyə Departamenti tərəfindən dekabrın 20-də İsveçrədən ekstradisiya edilmiş Rusiya vətəndaşı Vladislav Klyuşin haqqında "ABŞ kompüter şəbəkələrindən qeyri-ictimai maliyyə məlumatlarının oğurlanması və ticarəti məqsədilə kiber təxribatda iştirak” barədə məlumatlar yayımlanıb.

3 ABŞ rəsmisinə istiandən verilən xəbərdə rəsmi Kremldə çalışan Klyuşinin 2016-cı il ABŞ seçkilərinə Rusiyanın müdaxilə cəhdi də daxil olmaqla Kremllə bağlı məxfi sənədlərə sahib olduğu iddia edilir.

Məlumata görə, Klyuşinin Rusiya Müdafiə Nazirliyinə birbaşa giriş kartı mövcud olub. O, bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putindən "Şərəf Medalı" da alıb.

Etirafı ABŞ rəsmiləri tərəfindən hələ təsdiqlənməmiş Klyuşin Rusiyanın 2016-cı il ABŞ seçkiləri zamanı Demokratik Partiyanın serverlərinə kiberhücum əməliyyatı ilə bağlı məxfi sənədlərə çıxış əldə etdiyini idda edir.

“Bloomberg”-ə verdiyi açıqlamada Klyuşinin vəkili Oliver Ciric, ABŞ kəşfiyyatının 2019-cu ilin yayında Fransanın cənubunda, İngilis kəşfiyyatının 2020-ci ilin mart ayında Almaniyanın Edinqburq şəhərində Klyuşin ilə danışıqlar apardığını bildirib.

Açıqlamada həmçinin aprelin 7-də Klyuşini dələduzluqda ittiham edərək Rusiyada mühakimə olunacağı da qeyd olunub.

Lakin Klyuşin İsveçrə məhkəməsinə vəkili vasitəsilə ABŞ-a ekstradisiya tələbi ilə müraciət edib və məhkəmə 2021-ci ilin avqustunda onun Rusiyanın ekstradisiya tələbini rədd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO