Fransada Yeni il gecəsi 870-dən çox avtomobil yandırıldı

Fransada Yeni il gecəsi 870-dən çox avtomobil yandırıldı

Hazırda oxunan: Fransada Yeni il gecəsi 870-dən çox avtomobil yandırıldı

53487

Fransada Yeni il ərəfəsində 870-dən çox avtomobil yandırılıb.

Bizim.Media “BFM TV” nəşrinə istinadən xəbər verir ki, bu fikirləri ölkənin daxili işlər naziri Cerald Darmanen səsləndirib. 

Onun sözlərinə görə, cümə günündən şənbə gününə keçən gecə yanan avtomobillərin sayı 874 olub. Bu rəqəm əvvəlki illərlə müqayisədə azdır: məsələn, 2019-cu ildə naməlum şəxslər tərəfindən 1,3 mindən çox avtomobil məhv edilib.

Nazirin sözlərinə görə, Fransada bir gecədə 440-dan çox adam saxlanılıb, onlardan 380-ə yaxını nəzarətə götürülüb.

Eyni zamanda, polis əməkdaşlarına hücumların sayı azalıb. Darmanen bayram gecəsində şəhərlərin küçələrində patrul xidməti göstərən polis və jandarm əməkdaşlarına təşəkkür edib.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO