Ərdoğan: “Özlərini güclü dövlət kimi kimi göstərənlər əslində güclü deyil”

Ərdoğan: “Özlərini güclü dövlət kimi kimi göstərənlər əslində güclü deyil”

Hazırda oxunan: Ərdoğan: “Özlərini güclü dövlət kimi kimi göstərənlər əslində güclü deyil”

53454

“Türkiyə 2022-ci ildə dünyanın ən böyük on iqtisadiyyatına daxil olmaq yolunda inamlı kursunu davam etdirəcək. Biz 2023-cü və 2053-cü ilə qədər olan dövrlər üçün qarşıya qoyulan hədəflərə nail olmaq öhdəliyimizə sadiqik. Bu da bizə gələcək nəsillərə daha güclü və inkişaf etmiş ölkəni ötürməyə imkan verəcək”.

Bizim.Media Anadolu agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk xalqına Yeni il videomüraciətində deyib.

Dövlət başçısı 2022-ci ilin türk xalqı və ümumən bəşəriyyət üçün müsbət olacağına ümid etdiyini bildirib.
Türkiyə lideri qeyd edib ki, ötən il 2020-ci il kimi koronavirus pandemiyası ilə yadda qalıb. “Bu il bəşəriyyət çoxsaylı təbii fəlakətlərlə, eləcə də planetin bir sıra regionlarında qeyri-sabitliyin nəticələri, miqrasiya axını və humanitar böhranlarla üzləşib”, - deyə prezident Ərdoğan bildirib.

Bu baxımdan Türkiyə prezidenti yenidən qlobal idarəçilik və dünya iqtisadi sisteminin böhranına diqqət çəkib.

“İkinci Dünya Müharibəsindən sonra inkişaf etmiş ölkələrin formalaşdırdığı təhlükəsizlik və inkişaf sistemi artıq bəşəriyyətin qalan hissəsinin ağrısı, yoxsulluğu və narazılığı ilə davam edə bilməz. Və bu, 2021-ci ilə qədər bir daha sübut olundu. Göründüyü kimi, özlərini aparıcı dövlət kimi göstərən ölkələr əslində o qədər də güclü deyillər və qlobal böhranları idarə edə bilmirlər. Bu, günümüzün təkzibedilməz həqiqətidir”, - deyə Türkiyə lideri bildirib.

Prezident Ərdoğan təhlükəsizlik və sağlamlıq sahəsində qlobal böhranlar fonunda müasir Türkiyənin siyasi və sosial sahədə uğurlarına toxunub.


Türkiyə lideri  koronavirusuna qarşı yerli TURKOVAC vaksininin hazırlanmasını yüksək qiymətləndirib.
“Türkiyə hakimiyyəti investisiyaların, məşğulluğun, istehsalın və ixracın artırılmasına yönəlmiş fundamental islahatların yeni mərhələsinə başlamaqla artıq əldə edilənlərlə kifayətlənmir. Təbii ki, islahatlar həm də risklərlə bağlıdır, biz buna hazırıq. Türkiyəni böhran və xaos dövrünə sürükləmək cəhdləri uğursuzluğa məhkumdur”, - deyə prezident vurğulayıb.

“Bizim fikirlərimizi bölüşən hər kəslə sıx əməkdaşlıq etməyə, rəqabətə hazır olan hər kəslə rəqabət aparmağa hazırıq. Yeni 2022-ci ildə Türkiyənin 84 milyon sakininin hər birinə sülh, xoşbəxtlik və firavanlıq arzulayıram”, - deyə prezident Rəcəb Tayyib Ərdoğan bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO