YENİ İL QABAĞI Baydenin Putinlə vacib telefon danışığı başa çatdı

YENİ İL QABAĞI Baydenin Putinlə vacib telefon danışığı başa çatdı

Hazırda oxunan: YENİ İL QABAĞI Baydenin Putinlə vacib telefon danışığı başa çatdı

53303

ABŞ prezidenti Co Baydenin Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı başa çatıb.

Bizim.Media “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda informasiyanı Ağ Ev yayıb. 

Mənbə qeyd edir ki, liderlərin telefon danışığı 50 dəqiqə davam edib.

Söhbət Bakı vaxtı ilə saat 00.35-də başlayıb,  saat 01.25-də sona çatıb.

Xatırladaq ki, təşəbbüskar Moskva olub. Bu, Rusiya və ABŞ prezidentlərinin artıq bir ayda ikinci telefon danışığıdır.

"Hər iki dövlət başçıları ötən videokonfrans zamanı qaldırılan məsələləri müzakirə etməyi, həmçinin təhlükəsizlik təminatları mövzusuna toxunmağı planlaşdırıblar. Söhbətin məqsədi “bir-birinin prinsipial mövqelərini nəzərə alaraq kompromis əldə etməkdir”, - Kreml izah edib.

Dekabrın 7-də iki ölkə prezidentləri videobağlantı vasitəsilə iki saata yaxın danışıblar. Bayden Rusiya ilə Ukrayna arasındakı gərginlikdən narahat olduğunu bildirib. Putin də öz növbəsində Kiyevin Minsk razılaşmalarını yerinə yetirmədiyinə diqqət çəkib və qırmızı xətləri - NATO-nun şərqə doğru genişlənməsini, Ukrayna ərazisində və Rusiyaya bitişik ölkələrdə hücum silahlarının yerləşdirilməsini qeyd edib.

Yanvarın 10-da ABŞ-la təhlükəsizlik zəmanətləri üzrə danışıqlar, yanvarın 12-də NATO ilə məsləhətləşmələr, yanvarın 13-də isə Moskva və ATƏT nümayəndələrinin görüşü nəzərdə tutulub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO