Bayden və Putin telefonla danışıqlara başladı – Nəyi müzakirə edəcəklər?

Bayden və Putin telefonla danışıqlara başladı – Nəyi müzakirə edəcəklər?

Hazırda oxunan: Bayden və Putin telefonla danışıqlara başladı – Nəyi müzakirə edəcəklər?

53301

Cümə axşamı, dekabrın 30-u axşam (Vaşinqton vaxtı ilə 30 dekabr saat 15:35, Bakı vaxtı ilə 31 dekabr saat 00:35) ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putinlə telefon danışığına başlayıb.

Bizim.Media “dw.com” nəşrinə istinadən xəbər verir ki, bu haqda informasiyanı Ağ Ev yayıb.

Mənbə qeyd edir ki, söhbətin təşəbbüskarı Moskva olub. Bu, Rusiya və ABŞ prezidentlərinin artıq bir ayda ikinci telefon danışığıdır.

Milli Təhlükəsizlik Şurasının Ağ Evdəki nümayəndəsi - Emili Horn dekabrın 29-da bildirib ki, siyasətçilər bir sıra mövzuları, o cümlədən "Rusiya Federasiyası ilə qarşıdakı diplomatik əlaqələri" müzakirə etməyi planlaşdırırlar.

Bayden və Putin arasında telefon danışığında Ukrayna ilə bağlı münaqişə də müzakirə olunacaq. dpa agentliyi Ağ Evin yüksək rütbəli rəsmisinə istinadən xəbər verib. Agentliyin mənbəsinin sözlərinə görə, ABŞ prezidenti Rusiya liderinə Rusiya Federasiyasının Ukraynaya hərbi müdaxiləsi halında Rusiyanı ciddi sanksiyalarla üzləşəcəyini başa salmaq niyyətindədir.

"Biz və müttəfiqlərimiz Rusiya iqtisadiyyatına və maliyyə sektoruna qarşı sərt sanksiyaların tətbiqi məsələsində razılığa gəldik. Onlar 2014-cü ildən sonra (Krımın Rusiya tərəfindən ilhaqından sonra) həyata keçirilən sanksiyalardan qat-qat güclü olacaq". dpa-nın həmsöhbəti vurğulayıb.

Bu, prezidentlərin bu ay ikinci görüşüdür. Bundan əvvəl Putin və Bayden dekabrın 7-də danışıblar, sonra söhbət videokonfrans vasitəsilə baş tutub. Eyni zamanda, liderlər ikitərəfli münasibətlərə, strateji sabitlik, kibertəhlükəsizlik məsələlərinə, həmçinin Ukrayna ətrafındakı vəziyyətə və NATO-nun şərqə doğru genişlənməsinə toxunublar.

Yanvarın 10-da Cenevrədə Rusiya və ABŞ-ın Ukrayna və silahlara nəzarətlə bağlı danışıqlar aparacağı gözlənilir. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovun sözlərinə görə, Rusiya nümayəndə heyətinə diplomatlar və hərbi idarənin nümayəndələri daxil olacaq. İki gün sonra, yanvarın 12-də NATO Şurası-Rusiya formatında Avropada təhlükəsizliklə bağlı danışıqlar baş tutacaq. Yanvarın 13-də Rusiya Federasiyası - Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı formatında görüş planlaşdırılır.

Qeyd edək ki, dekabrın ortalarında Rusiya-Ukrayna sərhədində vəziyyətin gərginləşməsi fonunda Moskva Vaşinqtona və Şimali Atlantika Alyansının üzvü olan ölkələrə təhlükəsizlik tələblərinin siyahısını göndərib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO