“Ölkəmizin “S-400” Uzun Mənzilli Hava və Raketdən Müdafiə sistemini təmin etməsi səbəbindən ABŞ-ın ittifaqla mövcud hərbi, siyasi gerçəkliklərlə uyğun olmayan sanksiya qərarını qınayırıq. Aydındır ki, NATO üzvü olan bir ölkəyə sanksiya tətbiq etmək təkcə müttəfiqlik ruhuna ziyan vurmayacaq, həm də müttəfiqlər arasındakı inamı sarsıdacaq”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusu Akar deyib.
Akar Türkiyənin hava hücumu təhdidi altında olduğunu və hava müdafiəsinin təmin olunması da daxil olmaqla 83 milyon vətəndaşın təhlükəsizliyi üçün lazımlı bütün tədbirlərin görülməsinin zəruri olduğunu deyib.
“Bu sanksiya qərarı ölkələrimiz arasındakı ittifaqın bütün dəyərlərini sarsıtdı.
Mövcud hərbi və siyasi vəziyyət çərçivəsində regional və qlobal müdafiə və təhlükəsizlik məsələlərində Koreya müharibəsindən bəri müttəfiqimiz olan ABŞ ilə əməkdaşlıq və həmrəyliyə qayıtmaq regional və qlobal sülh və təhlükəsizliyə də töhvə verəcəkdir”,- deyə Akar sözlərinə əlavə edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
16:48 / 15.12.2020
Hulusi Akar: “Türkiyənin hava hücumu təhdid altındadır”
Hazırda oxunan: Hulusi Akar: “Türkiyənin hava hücumu təhdid altındadır”
Hazırda oxunan: Hulusi Akar: “Türkiyənin hava hücumu təhdid altındadır”
5326
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.