Putin Zelenski və Zurabişvilini Yeni il münasibətilə təbrik etmədı

Putin Zelenski və Zurabişvilini Yeni il münasibətilə təbrik etmədı

Hazırda oxunan: Putin Zelenski və Zurabişvilini Yeni il münasibətilə təbrik etmədı

53231

Kreml cümə axşamı Rusiya prezidenti Vladimir Putinin xarici ölkələrin dövlət və hökumət başçılarına Yeni il təbrikini dərc edib, orada Ukrayna və Gürcüstan rəhbərliyinə təbriklər yer almayıb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiya “RİA Novosti” agentliyində yer alıb.

“Vladimir Putin xarici dövlət və hökumət başçılarını, eləcə də beynəlxalq təşkilatların rəhbərlərini Milad bayramı, qarşıdan gələn Yeni 2022-ci il münasibətilə təbrik edib”, - məlumatda deyilir.

Ümumilikdə dövlət başçısı 42 ölkənin liderini təbrik edib. Onların arasında ABŞ prezidenti Co Bayden, Fransa prezidenti Emmanuel Makron, Türkiyə prezidenti Rəcəb Ərdoğan, Çin prezidenti Si Cinpin, Almaniya kansleri Olaf Şolz var. 
Ukrayna prezidenti Vladimir Zelenski və Gürcüstan prezidenti Salome Zurabişvili təbriklər siyahısında olmayıb.

Putin ötən il də  Ukrayna və Gürcüstan prezidentlərini təbrik etməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO