Rusiya Ermənistan və Türkiyənin dialoqa başlamaq niyyətini alqışladı

Rusiya Ermənistan və Türkiyənin dialoqa başlamaq niyyətini alqışladı

Hazırda oxunan: Rusiya Ermənistan və Türkiyənin dialoqa başlamaq niyyətini alqışladı

53097

Moskva Ermənistan və Türkiyənin münasibətlərin normallaşdırılması üzrə dialoqa başlamaq niyyətini alqışlayır.

Bizim.Media xəbər verir ki, bu fikirləri  Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko RİA Novosti-yə müsahibəsində səsləndirib. 

"Ermənistan-Türkiyə münasibətlərinin normallaşması, şübhəsiz ki, regionda ümumi vəziyyətin yaxşılaşmasına kömək edəcək.

Bu baxımdan, Ankara və İrəvanın son vaxtlar fəal şəkildə nümayiş etdirdiyi ikitərəfli dialoqa başlamaq istəyini alqışlayırıq. Biz onların çətin normallaşma məsələsini müzakirə etmək üçün xüsusi nümayəndələrin təyin edilməsi ilə bağlı razılığını məmnunluqla qeyd edirik”, - Rudenko bildirib.

Xatırladaq ki, Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələr yoxdur. İki ölkə arasında sərhəd 1993-cü ildən bağlıdır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO