Moldova prezidenti Maya Sandu dekabrın 28-də Sankt-Peterburqda keçiriləcək MDB-nin qeyri-rəsmi sammitinə rəsmi dəvət almayıb.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Moldova mətbuatı yayıb.
"Mən sammitə rəsmi dəvət almamışam. Zirvənin gündəliyinin nədən ibarət olduğunu belə bilmirəm", - deyə Sandu qeyd edib.
Prezident vurğulayıb ki, o, belə tədbirlərdə iştirak etməyə hazırdır, lakin orada Moldova üçün vacib olan mövzuları müzakirə edilməlidir.
Sandu MDB-nin oktyabr ayında onlayn keçirilən əvvəlki sammitində də iştirak etməyib. Moldovanı ölkənin baş naziri Nataliya Qavrilitsa təmsil edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:52 / 28.12.2021
Moldova prezidenti MDB-nin Sankt-Peterburqdakı sammitinə niyə dəvət olunmayıb?
Hazırda oxunan: Moldova prezidenti MDB-nin Sankt-Peterburqdakı sammitinə niyə dəvət olunmayıb?
Hazırda oxunan: Moldova prezidenti MDB-nin Sankt-Peterburqdakı sammitinə niyə dəvət olunmayıb?
52872
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.