Vyanada İranla bağlı danışıqlar: İsrail daha sərt mövqe tutdu

Vyanada İranla bağlı danışıqlar: İsrail daha sərt mövqe tutdu

Hazırda oxunan: Vyanada İranla bağlı danışıqlar: İsrail daha sərt mövqe tutdu

52837

İsrailin baş naziri Naftali Bennet dünya güclərini Vyanada İranın atom silahı ilə bağlı danışıqlarda daha sərt mövqe tutmağa çağırıb. 

Bizim.Media TASS-a istinadən xəbər verir ki, o, bu barədə İsrail ordusunun radiosuna müsahibəsində bildirib. 

"Sonda, bu, yaxşı sövdələşmə ola bilər, biz parametrləri bilirik. İndi yaxşı razılaşma gözlənilirmi?

Xeyr, çünki beynəlxalq danışıqlar aparanların daha güclü mövqeyi lazımdır. İranın kartları çox zəifdir. lakin dünya elə hərəkət edir ki, sanki Tehran güclüdür. İsrail razılaşmanın tərəfi olmayacaq və həmişə özünü müdafiə etmək hüququnu saxlayacaq”, - deyə İsrail Nazirlər Kabinetinin rəhbəri bildirib.

Xatırladaq ki, dekabrın 27-də Vyanada İran və “4+1” qrupuna daxil olan ölkələrin iştirakı ilə nüvə sazişi üzrə danışıqların səkkizinci raundu başlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO