Putin MDB liderlərini YENİ İL qabağı niyə bir yerə toplayır? – DETALLAR

Putin MDB liderlərini YENİ İL qabağı niyə bir yerə toplayır? – DETALLAR

Hazırda oxunan: Putin MDB liderlərini YENİ İL qabağı niyə bir yerə toplayır? – DETALLAR

52818

Rusiya prezidenti Vladimir Putin çərşənbə axşamı Müstəqil Dövlətlər Birliyinin (MDB) Sankt-Peterburqda üzbəüz keçiriləcək qeyri-rəsmi sammitində iştirak edəcək.

Bizim.Media Kremlin rəsmi saytına istinadən xəbər verir ki, liderlərin Belarusun 2021-ci ildə Birlikdə sədrliyinə yekun vuracaqları, ümumi problemlərin həlli ilə bağlı fikir mübadiləsi aparacaqları, əməkdaşlığın səmərəliliyinin artırılması və təşkilat ölkələrinin sosial-iqtisadi inkişafı üzrə gələcək tədbirləri müzakirə edəcəkləri gözlənilir. 

Belarus prezidentinin mətbuat xidməti qeyd edib ki, “qarşıdan gələn görüş həm də ona görə əlamətdardır ki, dekabrda MDB-nin yaradılmasından 30 il keçir”.

Qeyri-rəsmi görüşün təşəbbüskarı Rusiya prezidenti olub. Burada Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan liderləri, Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev də iştirak edəcək.

Sammit çərçivəsində ümumi yığıncaqdan əlavə, fərdi söhbətlər də aparıla bilər. Belə ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu tədbir zamanı Azərbaycan prezidenti İlham Əliyevlə danışmaq niyyətindədir.

"Hələlik ikitərəfli görüşdən söhbət getmir, lakin qeyri-rəsmi görüşün baş tutacağı ehtimalı var", - Paşinyan Facebook-da canlı yayımda bildirib.

Son aylarda Paşinyanla Əliyev bir neçə dəfə danışıqlar aparıb. Belə ki, dekabrın 14-də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə görüşüblər. Gündəliyə Qarabağ və bütövlükdə regiondakı vəziyyətlə bağlı razılaşmalar daxil edilib.
Söhbət nəticəsində İrəvan və Bakı dəmir yolunun işinin bərpası ilə bağlı razılaşmanı təsdiqləyib. Ertəsi gün Fransa prezidenti Emmanuel Makronun vasitəçiliyi ilə Ermənistan və Azərbaycan liderlərinin növbəti görüşü baş tutub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO