Liviya sahillərində 27 miqrantın cəsədi aşkarlandı

Liviya sahillərində 27 miqrantın cəsədi aşkarlandı

Hazırda oxunan: Liviya sahillərində 27 miqrantın cəsədi aşkarlandı

52584

Liviya Qırmızı Aypara Təşkilatının əməkdaşları dəniz sahillərində 27 miqrantın cəsədini aşkarlayıblar, üç nəfər xilas edilib.

Bizim.Media xarici KİV-ə istinadla xəbər verir ki, dənizdə batmış miqrantların cəsədləri sudan şənbə günü çıxarılıb.

Təşkilatın məlumatına görə, biri körpə olmaqla 17 cəsəd əl-Alus rayonundakı sahildə, ikisi qadın olmaqla daha 10 cəsəd həmin rayonun digər sahilində aşkarlanıb.

Xilas olunan miqrantlara tibbi yardım göstərilib. Sahil boyu axtarışlar davam etdirilir.

Beynəlxalq Miqrasiya Təşkilatının bir qədər əvvəl yaydığı məlumata görə, 2021-ci ilin birinci yarısında dənizlə Avropaya keçməyə cəhd göstərən 1,3 mindən çox miqrant və qaçqın həlak olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO