Yaponiya və ABŞ hökumətləri kiberhücumlara qarşı mübarizədə əməkdaşlığa başlamağı planlaşdırır.
Bizim.Media xəbər verir ki, bu barədə “Yomiuri” qəzeti məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Yaponiya və ABŞ donanması birgə təlimlər keçirdi
Nəşrin yazdığına görə, Tokio və Vaşinqtonun kiberhücumlarla bağlı məlumatları bir-birinə ötürməsi və birgə təhlili gözlənilir.
Bundan əlavə, iki ölkənin səlahiyyətli orqanları hakerləri müəyyənləşdirəcək və müvafiq əks tədbirlər hazırlayacaq.
Yaponiya və ABŞ yerli müəssisələrin onlayn müdaxilələrə qarşı dayanıqlığını artırmaq niyyətindədir.
Yanvarın 7-də onlayn rejimdə keçirilməsi planlaşdırılan iki ölkənin xarici işlər və müdafiə nazirliklərinin rəhbərləri arasındakı danışıqlar zamanı əməkdaşlıq sazişi bağlana bilər.
Bizim.Media
- A-
- A
- A+
Dünya
12:49 / 26.12.2021
Yaponiya və ABŞ əməkdaşlığa başlayır - Yanvarın 7-də saziş imzalanacaq
Hazırda oxunan: Yaponiya və ABŞ əməkdaşlığa başlayır - Yanvarın 7-də saziş imzalanacaq
Hazırda oxunan: Yaponiya və ABŞ əməkdaşlığa başlayır - Yanvarın 7-də saziş imzalanacaq
52530
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.