Stiven Siqal İlham Əliyev haqda: “Azərbaycana gəlmək, sizinlə görüşmək arzularım gerçəkləşdi”

Stiven Siqal İlham Əliyev haqda: “Azərbaycana gəlmək, sizinlə görüşmək arzularım gerçəkləşdi”

Hazırda oxunan: Stiven Siqal İlham Əliyev haqda: “Azərbaycana gəlmək, sizinlə görüşmək arzularım gerçəkləşdi”

52316

“Hörmətli cənab Prezident İlham Əliyev! Fürsətdən istifadə edib sizi doğum gününüz münasibətilə təbrik edir, uzun ömür arzulayıram. Ölkəniz, onun çoxşaxəli mədəniyyəti və dini üçün gördüyünüz bütün gözəl işlərə görə sizə təşəkkür etmək istəyirəm”.

Bizim.Media xəbər verir ki, bu fikirləri amerikalı kinoaktyor, prodüser, rejissor Stiven Siqal Azərbaycan Prezidenti İlham Əliyevin ad günü münasibəti ilə "Moskva-Bakı" portalına açıqlamasında səsləndirib.

“Sizin sayənizdə Azərbaycan xalqı mehriban, əmin-amanlıq şəraitində yaşayır. Azərbaycana gəlmək, Heydər Əliyev Mərkəzində çıxış etmək, sizinlə görüşmək və gözəl dostlar qazanmaq üçün bütün arzularım və planlarım gerçəkləşdi. Mən bundan çox təsirləndim. 

Ümid edirəm ki, sizi və ölkənizi dəfələrlə görəcəm.

Və bir daha sizi ad gününüz münasibətilə təbrik edir, uzun ömür, xoşbəxt ömür arzulayıram!”, deyə o, qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO