Kabil hava limanını Türkiyə və Qətər birgə idarə edəcək – RAZILIQ ƏLDƏ OLUNDU

Kabil hava limanını Türkiyə və Qətər birgə idarə edəcək – RAZILIQ ƏLDƏ OLUNDU

Hazırda oxunan: Kabil hava limanını Türkiyə və Qətər birgə idarə edəcək – RAZILIQ ƏLDƏ OLUNDU

52124

Türkiyə və Qətər Əfqanıstandakı Kabil hava limanının idarə olunması ilə bağlı razılığa gəlib. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Anadolu”ya Türkiyənin diplomatik dairələrindəki mənbələr yayıb.

Qeyd edilir ki, Ankara və Doha bu yaxınlarda Kabil hava limanının fəaliyyətini müzakirə ediblər. Danışıqlardan sonra iki ölkənin şirkətlərinin siyahısı müəyyən edilib, onlara məsələnin təhlili və Anlaşma Memorandumunun imzalanması tapşırılıb.

Bu sənədin imzalanma mərasimi 2021-ci il dekabrın 7-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Dohaya səfəri zamanı baş tutub.

Türkiyə-Qətər nümayəndə heyəti Talibanla hava limanı əməliyyatını müzakirə etmək üçün cümə axşamı Kabilə gedib. Bildirilir ki, nümayəndə heyəti bu məsələ ilə bağlı Əfqanıstan tərəfinin mövqeyini öyrənəcək, bundan sonra toplanmış bütün məlumatları təhlil edəcək.

Bundan əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirmişdi ki, Ankara və Doha Əfqanıstanda beş hava limanının idarə olunması ilə bağlı birgə təklifi Taliban nümayəndələrinə təqdim etmək niyyətindədirlər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO