Almaniya sərt karantinə qayıdır

Almaniya sərt karantinə qayıdır

Hazırda oxunan: Almaniya sərt karantinə qayıdır

5194

Almaniya karantin rejimini sərtləşdirir.

Bizim.Media “Life.ru”ya istinadla xəbər verir ki, bu barədə Almaniyanın  Kansleri  Angela Merkel 16 federal əyalətin baş naziri  ilə görüşdə elan edib.

Sərt karantin rejimi 16 dekabr 2020-ci il tarixdən 2021 il yanvarın 10-dək davam edəcək.

Bu müddət ərzində ölkə daxili bütün mağazalar(ərzaq dükanları istisna olmaqla), uşaq baxçaları bağlanır və məktəblərdə əyani təhsil dayandırılır.

Qəbul olunmuş qadağalar bank, poçt, aptek və yanacaqdoldurma məntəqələrinin fəaliyyətinə şamil edilmir.

Eyni zamanda bəzi istisnalar da var. Məsələn, Milad tətilləri zamanı  ailə üzvləri olmaq şərti ilə 5 nəfərlik yığıncaqlara icazə verilir. Lakin, yeni il gecəsi bütün yığıncaqlar qadağan olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO