Putin: “Qərbin “manipulyasiyasından” bezmişik”

Putin: “Qərbin “manipulyasiyasından” bezmişik”

Hazırda oxunan: Putin: “Qərbin “manipulyasiyasından” bezmişik”

51771

“Beynəlxalq hüquq prinsipləri arxasında gizlənən Qərbin manipulyasiyaları bizi bezdirib”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Rusiya prezidenti Vladimir Putin səsləndirib.

Onun sözlərinə görə, Qərb ölkələri “müxtəlif bəhanələrlə, o cümlədən öz təhlükəsizliklərini təmin etmək məqsədi ilə ərazilərindən “minlərlə kilometr” uzaqda fəaliyyət göstərirlər.

“Beynəlxalq hüquq və BMT Nizamnaməsi onlara maneçilik törəndəndə isə bütün bunları köhnəlmiş və lazımsız elan edirlər. Nə isə onların maraqlarına uyğun gələndə dərhal beynəlxalq hüquq normalarına, BMT Nizamnaməsinə, beynəlxalq humanitar hüquqa söykənirlər. Biz bu manipulyasiyalardan bezmişik”. RBK telekanalı Rusiya liderinin dediklərindən sitat gətirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO