Əsgər Akayevin ETİRAFI: “Təhlükəsizliyimə Putin və Japarov zəmanət verdi”

Əsgər Akayevin ETİRAFI: “Təhlükəsizliyimə Putin və Japarov zəmanət verdi”

Hazırda oxunan: Əsgər Akayevin ETİRAFI: “Təhlükəsizliyimə Putin və Japarov zəmanət verdi”

0:00
0:00
51701

Qırğızıstanın keçmiş prezidenti Əsgər Akayev 16 ildən sonra ilk dəfə ölkəyə qayıtmaq qərarına niyə gəldiyinin səbəbini açıqlayıb.

Bizim.Media “Sputnik Live” Telegram kanalına istinadən xəbər verir ki, Akayev 2005-ci ildə “Lalə inqilabı”ndan sonra Qırğızıstanı tərk edib və Rusiyadan sığınacaq alıb.

Dünən məlum olub ki, hüquq-mühafizə orqanlarının əməkdaşlarının artıq eks-prezidentə qarşı iddiası yoxdur.

Akayev qeyd edib ki, onun səfəri iki prezident (Putin və Japarov) səviyyəsində razılaşdırılıb.

O, indi sərbəst şəkildə Qırğızıstana gələ biləcəyini, lakin hələlik Moskvada qalacağını bildirib.

Akayev “Kumtor” mədəni ilə bağlı açılan cinayət işi üzrə ifadə vermək üçün artıq Bişkekə gəlib. O, yay aylarında da buna görə ölkəyə qayıtmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO