Amerikanın bir qrup yüksək vəzifəli ekspertləri İranın "qırmızı xətti" keçməsi ilə bağlı xəbərdarlıq edərək, Bayden hökumətini İrana qarşı "qorxutma siyasəti"ni yenidən bərpa etməyə və lazım olduqda Tehranın atom proqramına qarşı hərbi gücdən açıq-aşkar istifadə etməyə hazır olmağa çağırıb.
MÖVZU İLƏ BAĞLI:
ABŞ niyə varlı ölkədir? - İqtisadçılar səbəbini açıqladılar
Bizim.Media "Azad İran" Teleqram kanalına istinadən xəbər verir ki, dekabrın 17-də Amerikanın milli təhlükəsizlik məsələləri üzrə ən görkəmli 17 ekspertinin imzaladığı bəyanatda İran-Amerika nüvə danışıqları ilə bağlı kəskin dəyərləndirmə təqdim olunub.
Ekspertlər bunu belə əsaslandırıblar ki, iki ölkə arasında diplomatiya "geriləyərkən", Tehran fəal şəkildə və atom silahı əldə etməyə doğru irəliləyir.
Bizim.Media