Türkiyə parlamenti 12 gün davam edən müzakirələrdən sonra 2022-ci il üçün üçün dövlət büdcəsini təsdiqləyib.
Bizim.Media TRT-yə istinadən xəbər verir ki, büdcə 327 lehinə, 197 əleyhinə səslə qəbul edilib.
Sənəddə büdcə xərcləri 1,75 trilyon TL (104,9 milyard dollar), büdcə gəlirləri isə 1,472 trilyon lirə (88,2 milyard dollar) səviyyəsində proqnozlaşdırıb. Proqnoza görə, gələn il büdcə kəsiri 278 milyard TL olacaq.
Bizim.Media