4 gündür ki, dünyanın başı üstündə fəlakət dolaşır – ALİMLƏRDƏN SOS

4 gündür ki, dünyanın başı üstündə fəlakət dolaşır – ALİMLƏRDƏN SOS

Hazırda oxunan: 4 gündür ki, dünyanın başı üstündə fəlakət dolaşır – ALİMLƏRDƏN SOS

51154

Rusiyanın Günəşin rentgen astronomiya üzrə fizika institunun saytında ajiotaj yaradan xəbər yayılıb. Alimlərin müşahidələrinə görə, 4 gündür ki, Günəşdə alışmalar müşahidə olunur.

Bizim.Media xəbər verir ki, dekabrın 14-də C kateqoriyalı sayılan 34 işartı qeydə alınıb. 17 dekabra keçən gecə daha güclü tutuşma müşahidə olunub. 

Mütəxəssislər vurğulayıb ki, Günəş sisteminin əsas ulduzunun aktivlik indeksi narıncı səviyyəyə qalxıb. Dekabrın 16-dakı alışmadan sonra səmaya kütlə də atılıb. Amma alimlərin qənaətinə görə, Günəşdən qopan tullantılar Yer Planeti tərəfə istiqamətlənməyib. 

Məlumat üçün qeyd edək ki, günəş alışmaları gücünə görə A, B, C, M və X kateqoriyalarına bölünür.

Sözügedən laboratoriyanın səlahiyyətlisi Sergey Kuzinin sözlərinə görə, tutuşmalarda Günəş plazma buludlarını xaricə atır. 2-3 gün sonra isə həmin buludlar Yerdə maqnit qasırğasına səbəb ola bilir. Kiçik qasırğalar enerji sistemlərinin işində xırda fəsadılar yaratdığı haıda, güclü dalğalar qısadalğalı şəbəkə və naviqasiya sisteminə təsir edir.

Həmçinin sənaye sektorunda problem yaradır. 

Noyabrda Kaliforniyadan olan alim bəyan edib ki, güclü günəş alışması irimiqyaslı fəsadlara səbəb ola bilər. Həmçinin də “internet-apokalipsis” qaçılmazdır.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO