Fransa prezidenti Emannuel Makron özünün Tvitter səhifəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşünün videosunu yayıb.
Bizim.Media xəbər verir ki, bu haqda informasiya “Sputnik Ermənistan” nəşrində yer alıb.
"Biz erməniləri heç vaxt tərk qoymayacağıq. Həmişə davamlı sülhün bərqərar olması üçün həll yolları axtaracağıq. Mən qarşıdan gələn bayramları sülh və humanitar sahədə nailiyyətlər dövrünə çevirməyə çağırıram", - Makron yazıb.
MÖVZU İLƏ BAĞLI:
Makron Brüsseldə İlham Əliyev və Paşinyanla görüşdü – VİDEO
Xatırladaq ki, Paşinyan dekabrın 15-də Brüsseldə Aİ-nin Şərq Tərəfdaşlığı sammitində iştirak edib. Ermənistan və Azərbaycan liderlərinin sammit çərçivəsində ilk görüşü Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə baş tutub.
Çərşənbə günü axşam saatlarında Makronun vasitəçiliyi ilə Brüsseldə Paşinyanla Əliyev arasında növbəti görüş keçirilib.
Bizim.Media