Almaniya jurnalistin edamına reaksiya verdi -

Almaniya jurnalistin edamına reaksiya verdi - "Bu qeyri-insani cəza növüdür"

Hazırda oxunan: Almaniya jurnalistin edamına reaksiya verdi - "Bu qeyri-insani cəza növüdür"

5089

Almaniya hökuməti bu gün İranda “Amad News” xəbər portalının rəhbəri Ruhullah Zamın edam edilməsindən dəhşətə gəlib.

Bizim.Media xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.

Bəyanatda, Almaniya hökumətinin edam cəzası ilə bağlı mövqeyinin dəyişməz qaldığı vurğulanır:

“Bu, bütün hallarda qəddar və qeyri-insani cəza növüdür. İranı, vətəndaşlarının ifadə azadlığı hüququna hörmət etməyə, yeni ölüm hökmləri çıxarmamağa və ya icra etməməyə çağırırıq”.

Qeyd edək ki, bu gün səhər (12 dekabr – Red) “Amad News” xəbər portalının rəhbəri Ruhullah Zam asılaraq edam edilib. Onun xarici kəşfiyyat xidmətləri orqanlarından kömək aldığı iddia edilirdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO