Fransada 21 məscid bağlandı - DETALLAR

Fransada 21 məscid bağlandı - DETALLAR

Hazırda oxunan: Fransada 21 məscid bağlandı - DETALLAR

50486

Fransada 21 məscid “ekstremizmin təzahürləri” bəhanəsi ilə bağlanıb.

Bizim.Media xəbər verir ki, bu haqda Fransa Daxili İşlər Nazirliyinin rəhbəri Cerald Darmanin yerli LCI telekanalının efirində bildirib.

Onun sözlərinə görə, ekstremist fəaliyyətdə şübhəli bilinən 99 məscid yoxlanılıb.

“Onlardan 21-i bağlanıb, daha 6 məscidin bağlanması prosesi davam edir. Bu addımlar “Separatizmlə mübarizə haqqında” qanun çərçivəsində atılıb”, - deyə Fransa Daxili İşlər Nazirliyinin rəhbəri qeyd edib.

Eyni zamanda Darmanin respublikaçıları və ifrat sağçıları bu qanunun qəbuluna səs vermədiklərinə görə tənqid edib:

“Bunun sayəsində Fransa tarixində ilk dəfə olaraq bu qədər sayda məscid bağlanıb. Daha 36 məscidin fəaliyyətində qanunlara zidd olmadığı üçün xüsusi dəyişiklik baş verməyib”.

Darmanin deyib ki, onlardan bəziləri xaricdən maliyyə almağı dayandırıb, məscidlərdən biri ekstremizmdə ittiham olunan imamı işdən çıxarıb. Eyni zamanda, qurumun rəhbəri məscidlərdə yoxlamaların davam etdiriləcəyini vurğulayıb. Nazir əlavə edib ki, ölkədə ekstremizmlə əlaqəli dini tikililər azdır, ümumilikdə Fransada müsəlmanlarla problem yoxdur.

Prezident Emmanuel Makronun 2 oktyabr 2020-ci ildə elan edilən sonradan adı dəyişdirilən “separatizm haqqında qanun” bu ilin avqustunda qəbul edilib.

Qanun layihəsi müsəlmanları hədəfə aldığı və ayrı-seçkiliyi təşviq etdiyi səbəbilə beynəlxalq ictimaiyyət, qeyri-hökumət təşkilatları və insan haqları təşkilatları, xüsusən də BMT tərəfindən tənqid edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO