İsrail ordusu Qəzzada 6 tuneli partladıb

İsrail ordusu Qəzzada 6 tuneli partladıb

Hazırda oxunan: İsrail ordusu Qəzzada 6 tuneli partladıb

50299
İsrail ordusunun yetkililəri indiyə qədər Fələstində 14 yeraltı tunel təsbit etdiklərini və bu tunellərin bir-birinə bağlı olduqlarını bildirib. Məlumata görə, "yeraltı metro"ya bənzəyən bu tunellərdən altısı dünən İsrail əsgərləri tərəfindən məhv edilib. 
Türkiyənin Anadolu Agentliyinin məlumatına görə İsrailin baş naziri Binyamin Netanyahu çıxış edərək bu qanlı savaşı sona qədər davam etdirəcəklərini və ölkə əhalisinin təhlükəsizliyi naminə əllərindən gələni əsirgəməyəcəklərini deyib: "Çətin günlərdə, gələcəkdə yaşanacağı ehtimal olunan ağır zamanlarda indiki qədər güclü olmağımız üçün savaşırıq. Təhlükəsiziliyimizin qarantı olan silahlı qüvvələrimiz aktiv fəaliyyətdədirlər və əzmlə öz vəzifələrini davam etdirirlər. Mən əsgərlərimizə bunu deyirəm- İsrail xalqı sizin arxanızdadır və sizin üçün dua edir."
İsrail ordusunun ən böyük hədəfi isə Fələstinin dünya ilə tək bağlantısı halına gələn, ərzaq, dərman  və bunun kimi digər ən zəruri tələbat mallarının bölgəyə gətirildiyi tunelləri yox etmək, Qəzzanı yəhudi siyasi iradəsinə tabe etdirməkdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO