Əvvəllər azadlıq simvolu sayılan sosial şəbəkələr zaman keçdikcə demokratiya üçün əsas təhlükələrdən birinə çevrilib.
Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda informasiya texnologiyaları üzrə konfransın iştirakçılarına videomüraciətində bildirib.
"Əvvəlcə azadlıq simvolu adlandırılan sosial şəbəkələr bugün demokratiyanın əsas təhdid mənbələrindən birinə çevrilib. Sosial şəbəkələrə marağın artması ilə yalan və dezinformasiya axını da artır. Bu problem ayrı-ayrı dövlətlərin milli təhlükəsizliyindən kənara çıxaraq təhlükəsizliyə qlobal təhdid miqyasına çatıb”, - R.T.Ərdoğan deyib.
MÖVZU İLƏ BAĞLI:
Ərdoğan xalqa çağırış etdi: "Millətimiz səbirli olsun..."
Onun sözlərinə görə, Türkiyə hakimiyyəti dəqiq və qərəzsiz məlumat almaq hüququnu pozmadan vətəndaşları, xüsusən cəmiyyətin həssas təbəqələrini yalan və dezinformasiyadan qorumağa çalışır.
Bizim.Media
- A-
- A
- A+
Dünya
04:19 / 12.12.2021
Ərdoğan: "Sosial şəbəkələr yalan və dezinformasiyanı artırır"
Hazırda oxunan: Ərdoğan: "Sosial şəbəkələr yalan və dezinformasiyanı artırır"
Hazırda oxunan: Ərdoğan: "Sosial şəbəkələr yalan və dezinformasiyanı artırır"
50241
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.