Məşhur rejissor koronavirusdan öldü

Məşhur rejissor koronavirusdan öldü

Hazırda oxunan: Məşhur rejissor koronavirusdan öldü

5007

Dünyaca məşhur rejissor Kim Ki Duk Latviyada dünyasını dəyişib.

Bizim.Media xəbər verir ki, bu barədə “Delfi” portalı məlumat yayıb.
Məlumata görə, rejissor noyabrın 20-də Latviyaya yollanıb, dekabrın 5-dən isə onunla əlaqə saxlamaq mümkün olmayıb.

Qeyri-rəsmi məlumatlara görə, Duk Yurmalada ev alaraq, yaşayış icazəsi üçün müraciət etmək niyyətində olub, ancaq planlaşdırılmış iclasa gəlməyib. Həmkarları onu xəstəxanalarda axtarıblar.

O da bildirilir ki, Cənubi koreyalı rejissor koronavirusa yoluxaraq vəfat edib.

Qeyd edək ki, Kim Ki Duk 2004-cü ildə “Samariyalı Qız” filmi ilə “Berlin Beynəlxalq Film Festivalı”nda, “Boş Ev” filmi ilə də “Venesiya Kino Festivalı”nda “Ən yaxşı rejissor” mükafatını alıb. 2011-ci ildə “Arirang” filmi ilə “Kann Film Festivalı”nın “Un Certain” mükafatları bölümündə “ən yaxşı film” mükafatını qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO