Nazarbayevdən Azərbaycanla bağlı TƏKLİF

Nazarbayevdən Azərbaycanla bağlı TƏKLİF

Hazırda oxunan: Nazarbayevdən Azərbaycanla bağlı TƏKLİF

0:00
0:00
50024

Qazaxıstanın keçmiş prezidenti, Ali Avrasiya İqtisadi Şurasının (AİİŞ) fəxri sədri Nursultan Nazarbayev Azərbaycanın Avrasiya İqtisadi İttifaqında (Aİİ) müşahidəçi dövlət qismində təmsil edilməsini mümkün hesab edir.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “RİA Novosti” agentliyi yayıb.

"Uzun illərdən sonra Ermənistanla Azərbaycan arasında münasibətlərin qurulmasını ürəkdən alqışlayıram. Zənnimcə, hamı belə düşünür. Eyni zamanda, bir qədər əvvəl dediyimiz kimi, mən Azərbaycan Respublikası ilə danışıqların aparılmasını mümkün hesab edirəm ki, qurumda müşahidəçi olsun”.

Nazarbayev cümə günü videobağlantı formatında baş tutan Ali Avrasiya İqtisadi Şurasının iclasında belə deyib. 

Onun fikrincə, Aİİ-də müşahidəçi statusuna malik Özbəkistanın nümunəsi “ilham verməlidir”:

“Məncə, Özbəkistan Respublikası bundan çox şey qazanıb".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO