Dünyada koronavirusla bağlı son STATİSTİKA

Dünyada koronavirusla bağlı son STATİSTİKA

Hazırda oxunan: Dünyada koronavirusla bağlı son STATİSTİKA

49787

Dünyada 268 114 267 nəfərdə koronavirus aşkarlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə koronavirusun onlayn statistikasında qeyd olunur.

Mənbə yazır ki, virusdan 5 295 146 xəstə ölüb, 241 319 923 nəfər sağalıb.

Virusa yoluxma sayına görə, ilk beşlikdə olan dövlətlər ABŞ (50 422 410 nəfər), Hindistan (34 666 241 nəfər), Braziliya (22 167 781 nəfər), Böyük Britaniya (10 610 958 nəfər) və Rusiyadır(9 895 597 nəfər).

Türkiyədə 8 964 711, İranda 6 144 644, Gürcüstanda 875 806, Ermənistanda isə 341 468 nəfərdə koronavirus aşkar edilib.

Sərhəd qonşularımız arasında koronavirusdan ən çox ölüm ardıcıl olaraq Rusiya (284 823 nəfər), İran (130 446 nəfər) və Türkiyədə (78 407 nəfər) qeydə alınıb.

Azərbaycanda koronavirusa yoluxan 599 713 nəfərin 8 019-u ölüb, 569 238 xəstə sağalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO