Nobel Sülh Mükafatı laureatı və “Novaya qazeta”nın baş redaktoru Dmitri Muratov mükafatlandırma mərasimində çıxış edəcək.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Rusiya mətbuatı yayıb.
Mənbə yazır ki, tədbir dekabrın 10-da Osloda baş tutacaq.
Qeyd edək ki, Muratov 1961-ci ildə Rusiyanın Samara şəhərində anadan olub. Bəzi oxucular onun milliyyətcə tatar olduğunu deyirlər. Jurnalistin özü də bunu təkzib etməyib və vurğulayıb ki, tatar kökləri olub-olmadığını bilmir.
Buna baxmayaraq Dmitri Kazanın “Ak Bars” xokkey klubunun azarkeşidir.
Muratov nəzəri fizik Andrey Saxarov və SSRİ-nin yeganə prezidenti Mixail Qorbaçovdan sonra Nobel Sülh Mükafatını alan üçüncü Rusiya vətəndaşı olub.
Bizim.Media
- A-
- A
- A+
Dünya
16:58 / 06.12.2021
Nobel Sülh Mükafatı laureatı Muratov Osloda çıxış edəcək
Hazırda oxunan: Nobel Sülh Mükafatı laureatı Muratov Osloda çıxış edəcək
Hazırda oxunan: Nobel Sülh Mükafatı laureatı Muratov Osloda çıxış edəcək
49348
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.